Bakıda yeni nəhəng ticarət mərkəzi açılır "Dəniz Mall"


Digərləri 04 Noy 2019 16:39:00 1413 0

Bakıda yeni nəhəng ticarət mərkəzi açılır  "Dəniz Mall"

Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.

Son.az Fed.az-a istinadla xəbər verir ki, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən byöük ticarət mərkəzi sayılan "Dəniz Mall" işə düşəcək.

Sidney Operası stilində, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzində 5 mərtəbə  var. Sahəsi 120 min kvadratmetr olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq. Mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də bu müddət bir neçə ay gecikib və mərkəzdən verilən məlumata görə, 2020-ci ildən ziyarətçiləri qəbul edəcək. Layihənin müəllifləri "Dəniz Mall"ın ölkənin əsas əyləncə meydançası olacağını bildirirlər.

Mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.

Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, tədbirlərin və toyların keçiriləcəyi məkan kimi nəzərdə tutulub. Amma bu müddət ərzində Heydər Əliyev Mərkəzi və elə onun yaxınlığında Bakı Konqres mərkəzi işə düşüb. Nəticədə layihənin sifarişçiləri onu ənənəvi alış-veriş və ticarət məkanı kimi layihələndirməyi qərara alıblar.

(adsgarden = window.adsgarden || []).push({});