Azərbaycanlı qızın müalicəsi üçün konsert verən türk


Dünya 04 Noy 2019 15:55:00 299 0

Azərbaycanlı qızın müalicəsi üçün konsert verən türk

Türkiyənin məşhur rok ifaçısı Haluk Levent çətin günlər yaşayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi tvitter hesabında anası Sabriyenin öldüyünü yazıb.

Rokçu bir müddət sosial şəbəkədən də uzaqlaşacağını bildirib: "Ötən gün anamızı itirmişik. Bir müddət tvitterdə olmayacam. Amma yarım qalan bütün işlərimiz həll olunacaq".

Qeyd edək ki, Haluk dekabrın 7-də  xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda konsert verəcək.