Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı


Digərləri 04 Noy 2019 15:37:00 224 0

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur. 

Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları - 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.