Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı FOTO


Digərləri 04 Noy 2019 12:10:00 286 0

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı  FOTO

Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Şöbə rəisi bildirib ki, ağaclardan 15-i kökündən qopub:

"Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Binəqədi rayonlarında baş verib".

Orxan Məmmədov əlavə edib ki, dörd maşının üstünə ağac aşıb:

"Bizdə olan məlumata görə, xəsarət alan olmayıb. Yalnız dörd maşının üstünə ağac düşüb".