Bakıda bağça yaxınlığında yanğın - 50 azyaşlı təxliyə edildi


Digərləri 04 Noy 2019 10:48:56 226 0

Bakıda bağça yaxınlığında yanğın - 50 azyaşlı təxliyə edildi

Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

Bakı. Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin