Gəncədə mebel sexi yandı


Digərləri 04 Noy 2019 09:38:00 296 0

Gəncədə mebel sexi yandı

Gəncədə mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan mebel sexinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 60 m² sahədə və içərisində 5 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.