Günün qoroskopu: Günü pis adlandırmaq düzgün olmaz, çünki yaxşı ideyalar və sərfəli təkliflər çoxdur


Digərləri 04 Noy 2019 00:01:00 370 0

Günün qoroskopu: Günü pis adlandırmaq düzgün olmaz, çünki yaxşı ideyalar və sərfəli təkliflər çoxdur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Səhər çağı xeyli gözlənilməz hadisə baş verəcək ki, bunların ucbatından planlarınızı dəyişməli olacaqsınız. Ailə məsələləri nəzarət altından çıxır, yaxşı olar ki, indi onlarla faydasız mübarizə aparmaq əvəzinə, şəraitə uyğunlaşasınız. Yaşlı kişi qohumlarınızla razılığa gəlmək xüsusilə çətin olsa da, onların da qəlbinə yol tapacaqsınız. Günün ikinci yarısı isə çox xoşdur. Məhsuldar işləyəcək, bir çox problemləri həll edəcəksiniz. Öz nailiyyətlərinizə özünüz də təəccüb qalacaqsınız. Romantik aludəçilik də mümkündür. 

Buğa - İşdə münaqişələrdən qaçmaq üçün inanılmaz sülhpərvərlik göstərməyə məcbur olacaqsınız. Sizə elə gəlir ki, qədrinizi bilmirlər (əlbəttə, çox zaman bunda haqlısınız). Belə şəraitlə barışmaq istəmirsiniz, amma seçdiyiniz mübarizə üsulları səmərəli deyil. Özünüzü atəşə atmayın. Bir az fikirləşib düşmənlərinizi yolunuzdan götürmək üçün plan qurun.   Evdə isə vəziyyət başqadır: burada ahəngdarlıq və qarşılıqlı anlaşma hökm sürür. Xanım Buğaları komplimentlər və xoş diqqət gözləyir.

Əkizlər - Mənfi tendensiyaların çoxluğu sizi qorxutmur. Əhvalınız əladır,  çox nikbinsiniz. Heç bir maneə qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa tərksilah edərsiniz. İşə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə kimlərsə düzəldəcəklər.  

Xərçəng - İşlər hamar və rəvan getmir. İşgüzar aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra, tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz. İş ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar  gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün xoşəgəlməz situasiyaların qarşısını alar. Ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.

Şir - Narahatlıq üçün heç bir əsas yoxdur, sevinib şənlənmək üçün isə səbəblər çox olacaq. Nəsə pis alınır, nəsə həddən artıq yaxşı. Ətrafınızdakılar sizin uğurlarınıza sizinlə birlikdə sevinəcəklər. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz çox yaxşıdır, iddialı Şirlər karyerada irəliləyə bilərlər. Amma xam xəyallar qurmağa çox aludə olmayın. Tez-tez ayağınızın altında torpağın olub-olmadığını yoxlayın: yerdə də xeyli maraqlı hadisə baş verir. Yeni eşq macərasına başlamaq olar: istənilən adamı başdan çıxarmaq gücündəsiniz, ehtiyatı əldən verməyin.

Qız - Çox uğurlu gündür. Cazibədar və mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz istedadlısınız - əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil. Hətta ən çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz təslim olurlar. Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş təəssüratlara zəmanət verilir.  

Tərəzi - Gününüz uğursuz başlayır. Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki, tək qalmısınız, bu isə sizi əzir. Bəzi planlarınız həyata keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə. Axşama doğru orijinal ideyalarınız yaranacaq. Onları həyata keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.

(adsgarden = window.adsgarden || []).push({});