Sürətli müalicənin 18 yazılmamış qanunu


Digərləri 03 Noy 2019 22:49:00 259 0

Sürətli müalicənin 18 yazılmamış qanunu

Bu qaydalar sistemi istənilən mərhələdə şəfa verir və istənilən şəxsə uyğundur.

Son.az müalicənin 18 qızıl qaydası ilə tanış edir.

Qaydalara əsasən müalicə prosesini özünüz təyin edirsiniz. Heç kimdən asılı olmur və heç kimə pul vermirsiniz. Bütün şəfa gücləri artıq içinizdədir və onları sadəcə aşağıdakı 18 qayda ilə aktivləşdirirsiniz.

1. Bir dəfəyə 0,5 litr su için - səhər, naharda və axşam. Su təmiz olmalıdır. İçdiyiniz an özünüzə deyin: "Mən sağlamam, sağaldım!"

2. Gündə iki-üç dəfə dərindən nəfəs alıb-verin. Daha yavaş, bərabər, sərbəst və daxili sevinc hissi ilə nəfəs alın. Bütün gün nəfəs alıb-vermə texnikalarını xatırlayın və yenidən düzəldin.

3. Şəfaverici sözlər siyahısını tərtib edin - bunlar hər gün oxuduğunuz ifadələrdir. Onları tez-tez və dəfələrlə təkrarlamaq lazımdır. Məsələn: "Mən sağaldım! Şəfa enerjisi bədənimi sağaldır. Bu şəfalı enerji axınına açığam. Qaraciyərim (baş, böyrək ...) daha sağlam olur ".

4. Özünüzü masaj etməyə başlayın. Əlləriniz çatan yerləri masaj edin. Xüsusi diqqət ayaq, sinə, baş və boyun, habelə xəstə orqanlara verilir.

5. Yavaş nəfəs alın. Ağzınızı və burnunuzu barmaqlarınızla sıxın. Bir müddət sonra nəfəs almaq istəyəcəksiniz, "Yaşamaq istəyirəm!" ifadəsini özünüzə dəfələrlə şüurlu şəkildə söyləyin. Sonra əlinizi çəkin. Yenidən nəfəs alın və təkrarlayın. Bu, bədəninizə (beyinə) yaşamaq istəyinizə dair çox güclü bir siqnal göndərəcək. Çünki çox vaxt təhlükəli xəstəliklər şüuraltında yaşamaq istəyinin olmaması səbəbindən ortaya çıxır.

6. 22.00-da yatağa gedin. Səhər yuxudan erkən durun. Yatağa getməzdən əvvəl özünüzə deyin: "İndi şəfa ölkəsinə gedirəm, burada mənə sağalmağa kömək edəcəklər". Nahar vaxtında bir saat yatın.

7. Hər hansı mənfi məlumatın gələ biləcəyi kanalları tamamilə özünüzdən ayırın. Yalnız yaxşıları düşünün. Komediyalara, komik şoulara və yumoristik filmlərə baxın.

8. Axşamlar sakitləşdirici, eyni zamanda ritmik, şən və şux musiqilər dinləyin. Gündüzlər daha güclü səsə qoyun. Arzu və istəyə görə rəqs edə və mahnı oxuya bilərsiniz.

9. Təbiətlə tez-tez ünsiyyətdə olun. Əgər bunu etməyə imkan və vaxt yoxdursa, balkonda və ya pəncərənin yanında oturaraq, göyə və buludlara baxın.

(adsgarden = window.adsgarden || []).push({});