Türkiyədə 3 PKK terrorçusu zərərsizləşdirilib


Dünya 03 Noy 2019 19:49:00 250 0

Türkiyədə 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin Qars vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Trend-in türk KİV-nə istinadən verdiyi məlumatda, bu barədə Türkiyə DİN-in açıqlamasında deyilib.

Əməliyyat, vilayətin jandarma komandanlığının xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib. Əməliyyat zamanı üç PKK terrorçusu zərərsizləşdirilib.

Bölgədəki əməliyyatlar davam edir.