Tramp demokratları saxtakarlıqda ittiham etdi


Dünya 03 Noy 2019 18:24:00 262 0

Tramp demokratları saxtakarlıqda ittiham etdi

Demokratlar 2020-ci il seçkilərində qələbə qazanmaq üçün impiçment təşəbbüsü ilə çıxış ediblər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, impiçment cəhdini saxtakarlıq və avantüra adlandırıb.

"Demokratlar bundan öz siyasi məqsədləri üçün istifadə etmək istəyir. Onlar bu yolla qazana bilməyəcəkləri seçkilərdə qalib olmaq istəyirlər", - Tramp bildirib.