Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar


Dünya 03 Noy 2019 18:06:00 251 0

Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar

Noyabrın 1-də beş soyğunçu Moskvanın Yuxarı sahələr küçəsində yerləşən 17 mərtəbəli binada yaşayan azərbaycanlının evinə basqın ediblər.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum edənlərdən biri 1975-ci il təvəllüdlü kişiyə travmatik tapançadan iki dəfə atəş açıb. Soyğunçular azərbaycanlının 5 milyon rublla dolu çantasını oğurlayaraq yoxa çıxıblar.

Zərərçəkən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hücum edənlərdən biri tez bir zamanda polis tərəfindən tutulub.