Həftənin ilk iş gününə olan HAVA PROQNOZU


Digərləri 03 Noy 2019 12:49:00 312 0

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında bludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz  11-13°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət 80-90 % olacaq.