Bakıda restoran yanıb


Digərləri 03 Noy 2019 10:24:00 248 0

Bakıda restoran yanıb

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.

Bildirilir ki, yanğın zamanı ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 150 m² sahədə əşyalar yanıb. Tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.