İngiltərədə hava şəraitinin kəskin dəyişməsi nəqliyyatı iflic etdi


Dünya 03 Noy 2019 10:19:00 274 0

İngiltərədə hava şəraitinin kəskin dəyişməsi nəqliyyatı iflic etdi

İngiltərə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsi bir sıra problemlər yaradıb. Ölkə ərazisində əsən güclü küləklər nəqliyyatın hərəkətinə maneələr törədib. Külək səbəbindən Duvr limanında bütün sərnişin xidmətləri dayandırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dorset şəhərində isə güclü külək səbəbindən aşan ağac avtomobilin üzərinə düşərək sürücü qadının ölümünə səbəb olub. Şəhərin başqa hissəsində isə binanın dam örtüyünün uçması nəticəsində bir çox avtomobil zədə alıb.

Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.