İstehlak krediti almaq istəyənlər mütləq oxusun:


Digərləri 03 Noy 2019 10:09:00 234 0

İstehlak krediti almaq istəyənlər mütləq oxusun:

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.

Maliyyə Bazarlarına Nəzarət Palatası real sektora daha çox kredit cəlb edilməsini stimullaşdırmaq üçün yeni qaydaları təsdiq edib. 

Son.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da dəyişiklik edib.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.