2020ci il yanvarın 1dən etibarən bu ölkədə ikili vətəndaşlığa icazə veriləcək


Digərləri 03 Noy 2019 06:30:00 307 0

2020ci il yanvarın 1dən etibarən bu ölkədə ikili vətəndaşlığa icazə veriləcək

2020-ci il yanvarın 1-dən etibarən Norveç sakinləri bu krallığın vətəndaşlığını itirmədən başqa bir ölkənin də vətəndaşı ola bilərlər, bundan sonra Norveç vətəndaşı olmaq istəyən xarici vətəndaşların isə ilkin vətəndaşlığından imtina etməsi lazım olmayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu krallığın qanunvericiliyinə çoxdan gözlənilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində mümkün olur.

Xatırladaq ki, 2018-ci ildə Norveç parlamenti ikili vətəndaşlığa icazə verilməsi haqqında hökumətin təklifini bəyənəndən sonra ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, vətəndaşlıq haqqında Qanuna düzəlişlər 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

(adsgarden = window.adsgarden || []).push({});