Qadın turistlərə qarşı dəhşətli cinayət törədən canilərə hökm oxundu


Dünya 03 Noy 2019 05:30:00 309 0

Qadın turistlərə qarşı dəhşətli cinayət törədən canilərə hökm oxundu

Norveçli Maren Ueland (28 yaş) və danimarkalı Luiza Vesterager Jespersen (24 yaş) adlı turistləri öldürməkdə ittiham edilən şəxslərin cəzaları məlum olub.

Son.az xəbər verir ki, Mərakeşin Rabat Sale Apellyasiya Məhkəməsi 4 nəfəri edama məhkum edib.

Əlavə olaraq, cinayətdə şübhəli bilinən 20 nəfərə 5 ildən 30 ilə qədər həbs cəzası verilib.

Daha əvvəl Sale Məhkəməsi cinayətkarlar haqqında həbs qətimkan tədbiri seçmiş və öldürülən qadınların ailələrinə 200 min dollar kompensasiya verilməsi haqqında qərar çıxarmışdı.