Çörəyi çox yeyənlərə bəd xəbər: Şəkərli diabet uzaqda deyil –


Digərləri 02 Noy 2019 22:25:00 292 0

Çörəyi çox yeyənlərə bəd xəbər: Şəkərli diabet uzaqda deyil –

Diabet hər il on minlərlə insanı cənginə alır. Diabet valideynlərdən genlərlə gələcək nəslə ötürülür.

Azərbaycanda 10 ilə diabet xəstələrinin sayı yarım milyona çata bilər. Diabet xəstəliyinin cörək və karbohidrat çox qəbul edən millətlərdə geniş yayılması göz önündədir.

Son.az medicina.az-a istinadən bildirir ki, Moskvanın məşhur qastroenteroloqu Aleksey Paramanov istər ağ, istər qara çörəyin normadan çox yeyilməsinin diabetə səbəb olmasını bildirib və çörək qəbulunda bəzi normalara aydınlıq gətirib.

Həkim, çörəyin toxluq yaratmasını inkar edib. İndi hazırlanan çörəklər çox emal olunmuş, kəpəksiz undan hazırlanır ki, bu da çox asanlıqla qlükozaya çevrilir.  

Çörək ən yüksək qlikemik indeksə malik ərzaqdır, ona görə qanda şəkəri artırır, hiperinsulinemiya yaradır, qaraciyəri yağlandırır.  Davamlı çörəklə özünü tox tutanlarda bel, qarın hissə piylənir, insulin rezidentliyi yaranır, II dip diabet yaranmasını sürətləndirir.

Şəkərli diabetdə ağ çörəyi qara ilə əvəz etmək də mifdir və əsası yoxdur. Bu çörəklər arasında yeganə fərq kəpəkli undur. Qara çörək yüksək mədə turşuluğu və reflüksü olan insanlara olmaz.  

Qlütensiz çörək sizə lazımdırmı?

Qlütensiz çörək ən sağlıklıdır fikri də mifdir. Qlütensiz çörək düyü və ya qarğıdalı unundan hazırlanır və kalori, kökəltmək, qlikemik indeks baxımından adi çörəkdən fərqlənmir. Çeliakiy və qlüten həssaslığı olan insanların bağırsağını iltihabdan qoruya bilər, bir çox xəstə insanlara faydalıdır, amma hamı üçün vacibdir, sağlıklıdır demək olmaz. Əgər sizin Çeliakiy diaqnozunuz yoxdursa, qlütensiz çörəyə keçməyə ehtiyac yoxdur.

(adsgarden = window.adsgarden || []).push({});