20 saniyəlik masajla sinusitdən azad olun


Digərləri 02 Noy 2019 22:05:00 298 0

20 saniyəlik masajla sinusitdən azad olun

Dil və baş barmaqlarınızın köməyi ilə sinusitdən xilas olun. Sinusit geniş yayılmış xəstəlik olub, adətən, kəskin xroniki formaları var. Bu xəstəliklər həyat keyfiyyətini azaldır, gündəlik aktivliyə, iş qabiliyyətinə ciddi mənfi təsir göstərir. Rinit kimi, sinusit də bir çox ağırlaşmalar verir. Son.az medicina.az-a istinadən bildirir ki, asanlıqla nəfəs almaq və sinusitdən qurtulmaq üçün bu sadə addımları təkrarlaya bilərsiniz:

Dilinizi üst damağınıza doğru sıxın və baş barmağınızı qaşlarınızın arasına qoyun. Alnınıza 20 saniyə təzyiq tətbiq edin. Sinusların dərhal rahatlamağa başladığını hiss edəcəksiniz.

Araşdırmalara görə, alında sümüyə kiçik bir təzyiqin sinusun boşalmasına səbəb olacağını bildirib. Bu hərəkətin elmi açıqlaması da var. Barmaqla alına edilən təzyiq nəticəsində "vomer" adlı sümük irəli-geri hərəkət edir. Nəticədə tıxanıqlıq açılır, sinusit hissəsi boşalır.

Əgər bu üsul işə yaramasa digər sadə üsullarla sinusit ağrılarınızı dəf edə bilərsiniz:

-1 stəkan isti suya iki xörək qaşığı alma sirkəsi və bir qaşıq bal əlavə edib və için.

-Gündə üç dəfə bir qaşığ alma sirkəsi için. Bir neçə gün ərzində sinusitlərdən təmizləndiyini görəcəksiniz.

-Bundan əlavə, yarım stəkan alma sirkəsi və yarım stəkan suyu qarışdırıb odda isidin. Bundan sonra ağzınızın və gözlərinizin bağlanması şərtilə buxarı ilə burnunuzdan nəfəs alıb-verə bilərsiniz.

(adsgarden = window.adsgarden || []).push({});