Lexus LF30 gələcəyin avtomobili


Digərləri 02 Noy 2019 20:40:00 553 0

Lexus LF30  gələcəyin avtomobili

Lexus, 2019 Tokyo Motor Show sərgisində LF-30 yeni konseptli avtomobilini təqdim etdi. 2030-cu il üçün proqnozlaşdırılan LF-30, xüsusiyyətləri ilə gələcəkdən gəlmiş kimi görünür. Xüsusilə futuristik dizaynı ilə avtomobil bu günümüzə aid deyil.

Lexus, LF-30 ilə bu il 46-cı tədbirdə iştirak edir, bu da şirkətin elektrikli nəqliyyat vasitələrində gələcəyi hədəfə aldığını göstərir. Dörd nəfərlik oturacağın nəhəng qanadlı qapıları və öndən arxa tərəfə uzanan geniş şüşə damı var.

Son.az deyerler.org-a istinadən bildirir ki, ilk baxışdan böyük bir avtomobil kimi görünməsə də, LF-30 əslində 5.09 metr uzunluğa, 1.99 metr eninə, 1.6 metr hündürlüyə və 3,2 metr təkər bazasına malikdir. LF-30 ağırlığı 2400 kiloqramdır, bu hər təkərdəki dörd elektrik mühərriki nəzərə alınmaqla normaldır.

LF-30 536 at qüvvəsi və 700 Nm fırlanma anı ilə tam bir canavardır. Lexus şirkətinin yeni konsepsiyası 100 km/saat sürətini cəmi 3,8 saniyəyə yığır və 200 km/saat sürətinə çatır. Dörd elektrik mühərriki ağırlıq mərkəzini yaxşılaşdırmaq üçün yerə quraşdırılmış 110 kVt/saat batareya ilə təchiz edilmişdir.

(adsgarden = window.adsgarden || []).push({});