“Value and growth”Dəyər və artım


Digərləri 02 Noy 2019 19:40:00 236 0

“Value and growth”Dəyər və artım

"Facebook"-un hekayəsində də şahidi olduğumuz kimi, iki sövq-təbii fərziyyə digərlərindən seçilir: dəyər yaratma hipotezi və artım hipotezi. Yeni bir məhsulu, yaxud xidməti nəzərdən keçirərkən ilk addım onun bünövrəsində dəyər yaratmanın, yoxsa dəyər dağıtmanın durduğunu başa düşməkdir. İqtisadi dildə mənfəət sözündən daha çox dəyər sözündən istifadə edirik, çünki sahibkar deyəndə həm də ictimai startapları reallaşdıran və uğurunu təkcə mənfəətlə ölçməyən,sosial işlər görən insanlar da nəzərdə tutulur. Daha çaşdırıcı amil isə qısa müddətdə böyük mənfəət götürən, amma son dərəcə dəyər dağıdan Ponzi quruluşlu, aldadıcı və yanlış yola aparan bir çox şirkətlərin mövcud olmasıdır ( məsələn,"Enron and Lehman Brothers").

Son.az techland.az-a istinadən bildirir ki, oxşar vəziyyət artıma da aiddir. Dəyərdə olduğu kimi, sahibkarların startapın artımının səbəblərini başa düşməyi də vacibdir. Artımın dəyər dağıdan xeyli növləri var ki, onlardan uzaq durmaq lazımdır. Buna misal olaraq, daim investorlardan maliyyə almaqla və ödənişli reklamlarla böyüyən, amma dəyər yaradan heç bir məhsul hazırlamayan bir şirkət təsəvvür edə bilərik.

Belə şirkətləri "uğur teatrı" adlandırmaq olar, çünki uğurlu olduqlarını göstərmək üçün artım görüntüsü yaradırlar. Ənənəvi uçot yeni vençurları da oturuşmuş şirkətləri qiymətləndirdiyi standartlarla qimətləndirir, halbuki bu göstəricilər startapın gələcək perspektivlərini doğru təmin edə bilmir. Amazon.com kimi, ən yeni uğurlara gedən yolda böyük itkilər verən şirkətləri gözünüzün qarşısına gətirin.

Ənənəvi mühasibat uçotu kimi innovasiya uçotu da startapın kəmiyyət maliyyə modelinin olmasını və onu davam etdirməsini tələb edir ki, inkişafı dəqiq ölçəndə bundan istifadə olunsun. Lakin startapın ilk günlərində bu modelin nəyə bənzəyə biləcəyi ilə bağlı kifayət qədər data mövcud olmur. Startapın ən ilkin starteji planları intuisiyaya əsaslanır, bu yaxşı haldır.

(adsgarden = window.adsgarden || []).push({});