İran: ABŞın sanksiyaları "iqtisadi terrorizm"dir


Dünya 02 Noy 2019 19:23:00 234 0

İran: ABŞın sanksiyaları "iqtisadi terrorizm"dir

İranın xarici işlər naziri ölkəsinə qarşı sanksiyaları "iqtisadi terrorizm" adlandırıb.

Məhəmməd Cavad Zərif tvit edərək bildirib ki, ABŞ 2015-ci il nüvə sazişinə dönməlidir.

Nazir Amerikanın son sanksiyalarının Vaşinqtonun siyasətinin uğrusuzluğunu nümayiş etdirdiyini deyib.

"ABŞ bu uğursuz siyasətindən əl çəkməli, dünya qüdrətləri ilə əldə edilən razılığa qayıtmalıdr," o bildirib.

Zərif əlavə edib ki, Vaşinqton iranlıları qorxutmağa nail olmayacaq.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Tramp ötən il ABŞ-ı razılıqdan geri çəkərək, İrana yumşaq mövqe tutulduğunu söyləyib və İranı bütün pis niyyətli davranışlarına son qoyacaq yeni razılıq imzalamağa vadar etmək məqsədilə Tehrana qarşı sanksiyaları sərtləşdirib.

Razılığa əsasən İran sanksiyalar mübadilində uranın zənginləşdirməsinə məhdudiyyət qoymuşdu.