Süleyman Soylu: Türkiyə həbs olunmuş İŞİD üzvlərini ölkələrinə geri göndərəcək


Dünya 02 Noy 2019 19:26:00 340 0

Süleyman Soylu: Türkiyə həbs olunmuş İŞİD üzvlərini ölkələrinə geri göndərəcək

Türkiyənin daxili işlər naziri şənbə günü deyib ki, Ankara həbs olunan İŞİD üzvlərini öz ölkələrinə geri göndərəcək. "Biz onları sonadək saxlamayacağıq", o bəyan edib.

Nazir Süleyman Soylu deyib ki, Avropa ölkələrinin Suriyada İŞİD-in tərəfində döyüşən vətəndaşlarını repatriasiya etməyi rədd etməsi "bizim üçün qəbuledilməzdir" və bu "həm də məsuliyyətsizlikdir".

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İstanbulda müxbirlərin önündə çıxış edən Soylu Britaniya və Niderlandı vurğulasa da, onların İŞİD döyüşçülərinin vətəndaşlıqlarını ləğv edərək Türkiyənin onları ölkələrinə geri göndərməsinin qarşısını alan yeganə Avropa ölkələri olmadıqlarını söyləyib.

Türkiyə ötən ay Suriyanın şimalında terrorçu hesab etditi kürd qüvvələrinə qarşı apardığı hərbi əməliyyat zamanı kürlərin nəzarətində olan İŞİD üzvlərini ələ keçirib.

Soylunun sözləri Türkiyənin Avropa ölkələrinə İŞİD-ə üzv olan vətəndaşlarını geri almaları üçün etdiyi çağırışlardan ən sonuncusudur.