Mona Lisa Virtual Reallıq Texnologiyası ilə canlandı


Digərləri 02 Noy 2019 19:20:00 231 0

Mona Lisa Virtual Reallıq Texnologiyası ilə canlandı

İncəsənət tarixinin ən vacib əsərlərinə ev sahibliyi edən Parisdəki Luvr Muzeyi daha əvvəl misli görünməmiş bir layihəyə imza atdı. HTC VIVE Arts ilə əməkdaşlıq edərək muzey sənət həvəskarlarına Leonardo da Vinçinin dünyaca məşhur şah əsəri Mona Lizanı virtual reallıq texnologiyası ilə kəşf etməyə imkan verir.

Son.az techland.az-a istinadən bildirir ki, bu yaxınlarda qonaqlara təqdim olunan Mona Lisa: Virtual reallıq sərgisində, rəsim üzərində çılpaq gözlə görülməyən detallardan Da Vinçi-nin tətbiq etdiyi üsullara qədər geniş mövzularda vacib məlumatlar təqdim olunur.

Mona Lisa: Virtual reallıq sərgisindən təcrübə qazanmaq üçün Luvr Muzeyinə getmək məcburiyyətində deyilsiniz. Dünyanın harasında olursunuzsa olun, bu bənzəri olmayan əsərə VIVEPORT vasitəsi ilə onlayn olaraq daxil ola bilərsiniz. Layihədə Da Vinçinin digər əsərləri də yer alır və məşhur sənətkarın əvvəllər eşitmədiyiniz şəkilləri haqqında məlumat verilir.

(adsgarden = window.adsgarden || []).push({});