Tatarıstanda 30dan çox uşaq zəhərləndi


Dünya 02 Noy 2019 17:28:00 328 0

Tatarıstanda 30dan çox uşaq zəhərləndi

Rusiyanın Tatarıstan Respublikasında 30-dan çox uşaq hoteldə zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, Kazan şəhərində 6-10 yaş arasında 31 uşaq zəhərlənmə simptomu ilə həkimə müraciət edib.

Onlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, uşaqlar hotelin restoranında yemək yedikdən sonra zəhərlənib. Tatarıstan prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.