Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı


Digərləri 02 Noy 2019 13:40:00 302 0

Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Masallı rayonunda əkin sahəsindən tapılan, üzərində xaç simvolu olan qəribə daşlar barədə xəbərə münasibət bildirib.

Son.az xəbər verir ki, İnstitutun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, arxeoloji ekspedisiyanın rəhbəri Abuzər Ələkbərov oxu.az-a bildirib ki, bu, həqiqətən də, pravoslavların qəbir daşlarına həkk olunan xaç işarəsidir:

"Onların da Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən, cənub-şərq rayonlarına XIX əsrin birinci yarısında hansı məqsədlə köçürüldüyü məlumdur.

Əvvəllər onların qəbirlərinə daşdan baş daşı qoyulurdu. Sonralar bu daşlar dəmir çubuqlardan xaç şəkilində hazırlanmış nişangahlarla əvəz olundu". 

"Məlumat üçün onu da deyim ki, pravoslavların xaç işarəsi katoliklərin xaç işarəsindən tamamilə fərqlidir", - deyə ekspedisiynın rəhbəri qeyd edib.

Xatırladaq ki, Masallı rayonu Təklə kənd sakini Vəzir Hüseynov özünə məxsus olan əkin sahəsində şumlama işləri apararkən qəribə daşlar tapıb.