Bu bölgələrə ilk qar düşdü (VİDEO)


Digərləri 02 Noy 2019 12:14:13 352 0

Bu bölgələrə ilk qar düşdü (VİDEO)

Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb. Trend-in məlumatına görə, bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb. Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. (adsgarden = window.adsgarden || []).push({}); Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin