Bakıda toyda 3 nəfər bıçaqlanıb


Digərləri 02 Noy 2019 08:08:00 265 0

Bakıda toyda 3 nəfər bıçaqlanıb

Binə qəsəbəsində toy məclisində xəsarət alanların sayı artıb.

APA-nın məlumatına görə, "Bənövşə" restoranında mübahisə zəmnində xəsarət alanlardan biri də 1986-cı il təvəllüdlü Rzayev Nail Rahib oğlu olub. Döyülərək ağır xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

"Bənövşə" şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı 3 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və Əliyev Elçin Qadir oğlu, 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.