Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib


Dünya 02 Noy 2019 07:25:00 257 0

Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri anti-terror əməliyyatı zamanı təhlükəli PKK terrorçusunu zərərsizləşdiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, zərərsizləşdirilən Muhacir Duman adlı terrorçunun kod adı "Karker" olub və onun təhlükəli terrorçular siyahısında yer alırmış.

Bildirilir ki, M.Dumanın zərərsizləşdirilməsi üzrə əməliyyatda daha bir terrorçu məhv edilib.