Avtomobil yol kənarına aşıb, ölən var


Digərləri 01 Noy 2019 23:34:00 320 0

Avtomobil yol kənarına aşıb, ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda "Fiat" markalı minik avtomobili yol kənarına aşıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 1987-ci il təvəllüdlü Abbasov Zamin Abbas oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.