Mərkəzi Bank depozit hərracı keçirəcək 100 milyon manat


Digərləri 01 Noy 2019 22:04:00 253 0

Mərkəzi Bank depozit hərracı keçirəcək  100 milyon manat

Noyabrın 4-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Son.az xəbər verir ki, AMB-dən Trend-ə bildirilib ki, hibrid formalı hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-7,74 faiz təşkil edir.