Livanda prezident sarayına gedən yollar bağlandı


Dünya 01 Noy 2019 19:49:00 241 0

Livanda prezident sarayına gedən yollar bağlandı

Livanın Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşları nümayişlər səbəbindən prezident sarayına gedən yolları bağlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yolların bağlanması Beyrutda böyük tıxaclara səbəb olub.

Prezident sarayının qarşısında keçirilən dinc mitinqin təşkilatçıları parlamentin təcili iclasının çağırılmasını və noyabrın 4-dək "xilas" hökumətinin formalaşdırılması üçün müstəqil məsul şəxsin təyin olunmasını tələb edirlər.

Xatırladaq ki, oktyabrın 29-da Livanın Baş Naziri Saad Hariri bütün ölkə ərazisini bürüyən etiraz aksiyaları fonunda istefa vermək qərarına gəlib.