İlin ən çox qazanan ölü məşhurları:


Digərləri 01 Noy 2019 19:04:00 229 0

İlin ən çox qazanan ölü məşhurları:

"Forbes" jurnalı "İlin ən çox qazanan ölü məşhurları"nın siyahısını açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 2019-cu ilin siyahısında yer alan 10 nəfəri təqdim edir:

10. Bu il 31 martda öldürülən Nipsi Hassl dünyasını dəyişəndə sərvəti 8 milyon dollar idi. Ölümü ilə gündəm olan sənətçinin 6 ayda sərvətinə 11 milyon dollar əlavə olunub.

9. Üç il öncə vəfat edən ABŞ-lı müğənni Prins varislərinə 1 ildə 12 milyon dollar qazandırıb.

8. 57 il öncə 36 yaşında həyata vida edən Merilin Monro 2,1 milyon dollar miras buraxmışdı. Dünyanın ən məşhur ulduzu sayılan Monronun sərvəti son 1 ildə 13 milyon dollar artıb. Onu da bildirək ki, Merilin siyahının ilk onluğunda yer alan tək qadındır.

7. "Beatles" qrupunun 1980-ci ildə öldürülən musiqiçisi Con Lennonun bu il yaxınlarına 14 milyon dollar xeyri dəyib.

6. 28 il öncə qətlə yetirilən uşaq kitablarının yazarı Dr.Seussun sərvətinə əlavə olunan məbləğ isə 19 milyon dollardır.

5. Musiqinin əfsanələrindən biri olan camaykalı Bob Marli 37 il öncə öləndə sərvətinin dəyəri 30 milyon dollar idi. Son bir ildə bir milyard dəfədən çox dinlənilən Marli qulaqlıq və mikrofon satışı edilən brendi sayəsində isə 20 milyon dollar qazana bilib.

(adsgarden = window.adsgarden || []).push({});