Azərbaycanda yeni kanal açıldı


Şou-biznes 01 Noy 2019 13:29:00 246 0

Azərbaycanda yeni kanal açıldı

Bir həftədir Azərbaycanda yeni "Xəzər Music" adlı kanal istifadəyə verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, musiqi kanalı hələ ki, test yayımı edir. Sözügedən onlayn televiziyada Azərbaycan estradasına məxsus mahnılar, şou-biznes xəbərləri təqdim olunur.

"Qafqazinfo" həmin kanalın fəaliyyəti barədə məlumat almaq üçün  Xəzər Media Mərkəzinə müraciət edib. Bildirilib ki, efirdə bayağılığa yer verilməyəcək, sırf estrada musiqisi təbliğ olunacaq:

"Xəzər Media Mərkəzinin işi təkcə televiziya, radiolardan ibarət deyil. Biz eyni zamanda sosial şəbəkələrdə, əsasən də "Youtube" üzərindən yayıma diqqət yetiririk. Məqsəd efirə baxma imkanı olmayan tamaşaçılarda olan boşluğu doldurmaqdır. "Youtube" səhifəmizin 900 minə yaxın abunəçisi var.

(adsgarden = window.adsgarden || []).push({});