Türkiyədə dəniz reysləri təxirə salındı


Dünya 01 Noy 2019 12:19:00 295 0

Türkiyədə dəniz reysləri təxirə salındı

Mərmərə dənizində Türkiyənin Bursa vilayəti akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar güclü külək və leysan yağışla əlaqədar qəbul edilib.

Qeyd olunur ki, 7 dəniz reysi təxirə salınıb.

Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri eyni səbəbdən sentyabrda təxirə salınmışdı.