Qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub


Digərləri 01 Noy 2019 11:20:00 202 0

Qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub

Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.

Bakı. İlhamə İsabalayeva - Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub. AQTA-dan Trend-ə verilən məlumata görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.