Saç əkdirən Pərviz Bülbülə tamamilə dəyişdi


Şou-biznes 01 Noy 2019 10:54:00 294 0

Saç əkdirən Pərviz Bülbülə tamamilə dəyişdi

Tanınmış meyxanaçı Pərviz Bülbülə xarici görünüşündə dəyişiklik edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir müddət əvvəl tökülən saçlarını əkdirərək bərpa edib.

Pərvizin yeni görüntüsünü müğənni Damla instaqram səhifəsində paylaşıb. O, şəkilə şərh yazaraq P. Bülbülə ilə mərcə girdiyini qeyd edib:

"Dostlar, aramızda kiçik bir mərc var. Kimin  profilində (Həmin fotonu Pərviz Bülbülə də eyni anda paylaşıb) bu şəkilə 24 saat ərzində çox "like" gəlsə, o qalibdir. Əgər Pərviz udsa, onun yeni saçlarının xərcini mən ödəyəcəm".

Pərviz isə Damlanın qalib olacağı halda yeni mahnısının sözlərini yazacağını deyib.