Bakıda avtomobillə sərnişin avtobusu toqquşdu - Yaralılar var


Digərləri 01 Noy 2019 10:24:00 215 0

Bakıda avtomobillə sərnişin avtobusu toqquşdu - Yaralılar var

Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib. Trend-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar: Avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Rəhimov Mehdi Hikmət oğlu, 1988-ci il təvəllüdlü Rəcəbov İkram Mahir oğlu, 1996-cı il təvəllüdlü Babayev Məlikağa Həmidağa oğlu və 1994-cü il təvəllüdlü Rəcəbov Mahir İbrahim oğlu. (adsgarden = window.adsgarden || []).push({}); Onlardan üçü ilkin tibbi müayinədən sonra ambulator müalicəyə yola salınıb, bir nəfər M.Rəcəbov isə xəstəxananın travma şöbəsində müalicə alır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin