Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirildi


Digərləri 01 Noy 2019 10:09:00 220 0

Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Son.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.