Səhiyyə Nazirliyi: Yeni Ramana yolundakı qəzada 9 nəfər xəsarət alıb


Digərləri 01 Noy 2019 09:31:00 189 0

Səhiyyə Nazirliyi: Yeni Ramana yolundakı qəzada 9 nəfər xəsarət alıb

Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.

Bakı. İlhamə İsabalayeva - Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib: (adsgarden = window.adsgarden || []).push({}); "Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin