Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirilib


Digərləri 01 Noy 2019 09:19:50 204 0

Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirilib

Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

Bakı. Samir Əli - Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. (adsgarden = window.adsgarden || []).push({}); Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin