Dünyanın üç ən mühüm restoran reytinqi


Digərləri 01 Noy 2019 07:07:00 276 0

Dünyanın üç ən mühüm restoran reytinqi

"Michelin", "Gault & Millau" və "The World's 50 Best Restaurants" - Son.az AZƏRTAC-a istinadən dünyanın bu üç əsas restoran reytinqi arasındakı fərqi təqdim edir.

"Michelin"

1900-cü ildə şin istehsalçısı Andre Mişlen tərəfindən səyyahlar üçün yerlərin siyahısı kimi buraxılmış məşhur "Michelin" reytinqini qırmızı bələdçi adlandırırlar. Restoranlar bu reytinqə sonralar daxil edilib. Öz ulduzlarını 1920-ci ildən paylayan "Michelin"in nüfuzunu hələ heç bir reytinq üstələyə bilməyib.

Əvvəllər qırmızı bələdçidə yalnız yüksək mətbəx layihələri təmsil olunurdu. Lakin zaman keçdikcə dəyişikliklər tələb olundu. İndi "Michelin" bazarlardakı əlüstü yemək obyektlərinə də ulduz təqdim edir. Məsələn, 2016-cı ildə "Michelin" ekspertləri Sinqapurdakı "Tai Hwa Pork Noodle" qəlyanaltıxanasını ulduzla qiymətləndiriblər. "Michelin" öz ulduzlarını aşağıdakı meyarlarına əsasən təqdim edir:

Bir ulduz - öz kateqoriyasında (mətbəxin növü nəzərdə tutulur) ən yaxşı restoran;

İki ulduz - əla mətbəx. Bu restoran naminə marşrutdan azacıq kənara çıxmaq olar;

Üç ulduz - baş aşpazın işi mükəmməldir. Bura ayrıca səyahət etməyə dəyər.

Mətbu bələdçi şəklində çıxan "Michelin"in öz saytı və mobil əlavəsi var. Düzdür, reytinqin saytı bir o qədər də rahat deyildir. Burada konkret yeri adına, xəritəyə və ya ünvana əsasən tapmaq olar. Restoranlar barədə çox az məlumat və şəkil var. Yalnız telefon nömrəsi, üç sətirlik təsvir və qiymətlər yerləşdirilir.

"Gault & Millau"

"Qo Miyo" kimi tələffüz edilən sarı rəngli bələdçi 1965-ci ildə Fransada təsis edilib. Bu reytinqi restoran tənqidçiləri Anri Qo və Kristian Miyo lap əvvəldən yalnız yüksək mətbəxi qiymətləndirən "Michelin"ə rəqib olaraq yaradıblar. "Gault & Millau" öz diqqətini yeni dalğa (nouvelle cuisine) layihələri üzərində cəmləşdirib. Onilliklər sonra bu fərqlər silinib.

"Gault & Millau" ekspertləri restoranlara anonim gedir və hər bir layihəni 1-20 bal arasında qiymətləndirirlər. 10 baldan aşağı qiymət alan iaşə müəssisələri soraq kitabçasına daxil edilmir. Hər bir layihə 200 sualdan ibarət siyahı üzrə qiymətləndirilir. Bu sualların 60 faizi yeməyə, o cümlədən baş aşpazın kreativliyinə, mövsümiliyə, dad uyğunluğu harmoniyasına, məhsulların keyfiyyətinə və digər meyarlara, 40 faizi yerdə qalanlara, interyerə, mühitə və servisə aiddir.

Beş aşpaz papağı - 19-19,5 и 20;

(adsgarden = window.adsgarden || []).push({});