Finlandiya BMTnin Yaşıl İqlim Fonduna 100 milyon avro yönəldəcək


Digərləri 01 Noy 2019 04:30:00 281 0

Finlandiya BMTnin Yaşıl İqlim Fonduna 100 milyon avro yönəldəcək

Finlandiya hökuməti qarşıdan gələn üç il ərzində BMT-nin Yaşıl İqlim Fonduna 100 milyon avro yönəldəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Paris Sazişinə müvafiq olaraq yaradılmış bu Fond inkişaf edən ölkələrdə aşağı səviyyəli tullantıları və iqlim dəyişmələrinə dayanıqlılığı olan layihələri dəstəkləyir.

Finlandiyanın Fonda maliyyə dəstəyi əvvəlki illərlə müqayisədə 25 faiz artıb. Məsələn, Finlandiya 2015-ci ildə Fonda 80 milyon avro ianə edib.

Finlandiyanın İnkişaf və Xarici Ticarət Sahəsində Əməkdaşlıq Məsələləri naziri Ville Skinnarinin sözlərinə görə, Finlandiya iqlim dəyişmələrinə qarşı mübarizədə öz çiyninə qlobal öhdəliklər götürür, məsələn, zəif və az inkişaf etmiş ölkələrin ekologiya sahəsində addımlarını dəstəkləmək istəyir. "Yaşıl İqlim Fondu Paris Sazişi çərçivəsində mühüm rol oynayır. Biz iqlim dəyişmələrinin təsirini yumşaltmalıyıq, vaxt itirmək olmaz", - deyə nazir əlavə edib.

Fondun üzərində işlədiyi bəzi layihələr Qanada kənd təsərrüfatının inkişafı üçün iqlimə davamlı metodların tətbiqinə yardımı, Zimbabvedə ərzaq təhlükəsizliyi risklərinin idarə olunmasını, Marşal adalarında su təchizatının iqlim qarşısında acizliyi probleminin həllini, Hondurasda tropik meşələrin bərpasına, Qırğızıstanda əhalinin iqlimə həssas yaşayış vasitələrini təkmilləşdirməyə dəstəyi nəzərdə tutur.

(adsgarden = window.adsgarden || []).push({});