"Üç oğlumuz var, bir qızımız da olsun" Xoşqədəm


Şou-biznes 01 Noy 2019 03:30:00 246 0

"Üç oğlumuz var, bir qızımız da olsun"  Xoşqədəm

"Səni axtarıram" layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı verilişə yardım üçün gələn Mələyin 11 aylıq körpəsini övladlığa götürmək istəyir.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, balaca Həvvaya heyran olan aparıcı həyat yoldaşı Doğuşa zəng vuraraq körpəni evə gətirmək üçün ondan icazə istəyib:

"Həyatım, aşkım, mən bu uşağı evimizə gətirmək istəyirəm. Bilsən məni necə sevdi?! Mənə gülür, məni qucaqlayır, öpür. Həyatım, evimizdə Arda, Arın var, onlar necə sevinəcəklər. Üç oğlumuz var, qızımız da olsun. Mən qız istəyirəm".

Doğuşun cavabı belə olub: "Uşağı anasından ayırma".

Xoşqədəm Hidayətqızı uşağı anası ilə bərabər öz evinə yerləşdirmək istədiyini deyib: