Googledan inanılmaz açıqlama


Digərləri 31 Okt 2019 23:50:00 252 0

Googledan inanılmaz açıqlama

Google özünün 54 kvant bit ilə işləyən Sycamore adlı kvant prosessorunun müasir superkompüterləri üstələdiyini açıqlayıb. Şirkətin iddiasına görə, bu hesablamalar ən müasir superkompüterdə 10 000 ilə başa çatacaq.

Son.az ted.az-a istinadən bildirir ki, IBM (International Business Machines) isə buna "Google 150 milyon faiz səhv edib" sözləri ilə cavab verdi. IBM superkompüterin eyni hesablamanı 2.5 günə bitirəcəyini iddia edir. Bu da "Google"n dediyi zamanla müqayisədə 150 milyon faiz fərq deməkdir.

Əməliyyatın mühüm tətbiqi dəyərinin olmamasına baxmayaraq, o, kvant hesablama sistemində irəliləyiş sayılır.

Google Kvant Süni İntellekt Laboratoriyasının təsisçisi Hartmut Neven qeyd edib ki, "İlk süni peyk olan Sputnik çox işə yaramır, Yer ətrafında "bip-bip" edə-edə fırlanırdı. Ancaq kosmosu fəth etmək yolunda vacib addım oldu". Eləcə də Sycamore, tətbiqi hesablamalar etməsə də, kvant kompüterlərinin potensialını açır və onların nə qədər faydalı olduğunu göstərir.

(adsgarden = window.adsgarden || []).push({});