Audi TT elektrik krossover ilə əvəz olunacaq


Digərləri 31 Okt 2019 22:40:00 225 0

Audi TT elektrik krossover ilə əvəz olunacaq

Bu günlərdə köhnəlmiş Audi TT modelinin əvəzinə yeni elektrik krossoveri satışa çıxarılacağı məlum olub.

Xatırladaq ki, Audi TT modelinin buraxılmasından imtina etmək üçün ilk şərtlər 2014-cü ildə səsləndirilib. Həmin dövrdə daha inkişaf etmiş beşqapılı modifikasiyanın və ya krossover ilə əvəzlənmənin mümkün çıxışı nəzərdən keçirilirdi. Bununla yanaşı, xarici mənbələr əmindirlər ki, seçim krossoverin elektrik modifikasiyasına düşüb.

Son.az ted.az-a istinadən bildirir ki, alman mühəndisləri hələ ki, model haqqında ətraflı məlumatları gizlədirlər, lakin burada bir çox modellərdə istifadə olunan MEB platformasının tətbiq ediləcəyi barədə ehtimallar var. Avtomobil ümumi gücü 200 at gücünə qədər olan elektrik qurğusunu alacaq, gediş ehtiyatı isə baza komplektləşməsində 320 kilometr təşkil edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});