Rusiya hakerləri idman və antidopinq təşkilatlarını hədəfləyiblər –


Digərləri 31 Okt 2019 22:15:00 257 0

Rusiya hakerləri idman və antidopinq təşkilatlarını hədəfləyiblər –

Microsoft şirkəti oktyabrın 28-də bildirib ki, Rusiyanın kiberkriminal qruplarından biri dünya boyunca idman təşkilatlarını və antidopinq qurumlarını hədəfləyib.

Həm də Fancy Bear/APT2 kimi tanınan Strontium qrupunun azı 16 milli və beynəlxalq idman və antidopinq təşkilatına haker hücumu etdiyi deyilir:

"Bu hücumlardan bəziləri uğurlu olub, lakin əksəriyyəti baş tutmayıb. Microsoft bu hücumlahədəflənmiş bütün müştərlərini xəbərdar edib və təhlükəsizliyi pozulmuş hesab və sistemlərin bərpası üçün köməklik göstərib".

Microsoft bildirib ki, Strontium bu hücumu sentyabrın 16-da başlayıb. Bundan az sonra Dünya Antidopinq Agentliyi Rusiyanın bütün əsas idman yarışlarında iştirakına qadağan qoyulduğunu elan edib.

Buna səbəb Moskva laboratoriyasının agentliyə təqdim etdiyi nümunələrdə böyük uyğunsuzluqların aşkar edilməsi idi.

Microsoft deyib ki, sözü gedən haker qrupu bu kimi təşkilatları əvvəllər də hədəfləyib.

Şirkət bildirib ki, Strontium idman və antidopinq rəsmilərinin 2016-cı və 2018-ci illərə aid tibbi məlumatlarını və email-lərini sızdırıb.

(adsgarden = window.adsgarden || []).push({});