Suriyanın Türkiyənin nəzarətindəki bölgəsində bomba hücumu olub


Dünya 31 Okt 2019 21:23:00 299 0

Suriyanın Türkiyənin nəzarətindəki bölgəsində bomba hücumu olub

Cümə axşamı Suriyanın Türkiyə qüvvələrinin nəzarətindəki şimal bölgəsində tərəvəz bazarında həyata keçirilən bomba hücumu ən azı 8 nəfərin ölümünə səbəb olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, partlayış zamanı 14 nəfərin də yaralandığı, partlayıcı qurğunun yük maşının soyuducusuna yerləşdirildiyi bildirilib.

Türkiyə rəhbərlik etdiyi qüvvələr Afrini keçən ilin əvvəllərində Suriya kürd döyüşçülərindən almışdı. Həmin əraziyə Türkiyə qüvvələri ilə müttəfiq Suriya döyüşçüləri nəzarət edir. Ərazidə vaxtaşırı hücumlar və digər zorakılıqlar həyata keçirilir.

SANA xəbər agentliyi bomba hücumun 9 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olduğunu bildirib. Xəbərdə deyilib ki, partlayış yaxınlıqdakı patrul məntəqəsinə ziyan vurmasa da, yaxınlıqdakı evlər və mağazalar xəsarət alıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.