Bakıda 9 ayda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub


Digərləri 31 Okt 2019 20:21:58 265 0

Bakıda 9 ayda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub

2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4 milyard 002,9 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 888,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizini təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 755,6 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artaraq 350,1 milyon manat təşkil edib.