Xalq Bankla nağdsız ödəyənlər qazanacaq


Digərləri 31 Okt 2019 18:43:00 312 0

Xalq Bankla nağdsız ödəyənlər qazanacaq

Mərkəzi Bankın dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” keçiriləcək.

Bakı. 29 oktyabr - 7 noyabr tarixləri ərzində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” keçiriləcək. Bankdan Trend-ə verilən məlumata görə, günlər ərzində keçiriləcək stimullaşdırıcı tədbirlərdən biri də “Nağdsız ödəyən qazanır!” layihəsidir. Kampaniyada Xalq Bank da daxil olmaqla 11 bank və hesab.az portalı iştirak edir. Kampaniya çərçivəsində hesab.az ödəniş portalı üzərindən nağdsız əməliyyatlar keçirən müştərilər qazandıqları bonusları Xalq Bankın ödəniş kartlarına dəyişə biləcəklər.